среда, 18 марта 2015 г.

Fiqurların müqayisəsi




Düzbucaqlıya paraleloqrama görə tərif verdiyimiz üçün düzbucaqlı paraleloqramın xassələrini özündə əks etdirir.Eyni zamanda bütün tərəfləri bərabər olan düzbucaqlıya kvadrat deyilir.Paraleloqramın və rombun xassələri də kvadrata aiddir.Biz fiqurları müqayisə edərkən onların hər birinin həyatimizda rolunu görürük və öz məqsədlərimiz üçün bunlardan istifadə edirik.

понедельник, 16 марта 2015 г.

Sahənin ölçülməsi

Biz düzbucaqlının perimetrini  öyrənməklə torpaq sahələrimizi,həyatyanı sahələrimizi ölçməyə müvəffəq  olduq. Düzbucaqlıların  birləşməsindən ibarət   olan fiqurlar düzəldik. Məsələn masa, stul.  şkaf və s.İstənilən fiquru  düzbucaqlıya tamamlayaraq  onun sahəsini hesablamaq daha asandir. Düzbucaqlını ölçülərini bilməklə  biz futbol meydançası  düzəltdik.Mən həyətmizə düzbucaqlı şəklində qapı duzəltdim.Mən taxtaları düzbucaqlı şəklində kəsib quşlarım üçün qəfəs düzəltdim.

Düzbucaqlı

Dördbucaqlılar mövzusundan  bilirik ki dördbucaqlının  müxtəlif növləri var.Məsələn düzbucaqlı, kvadrat, romb, trapesiya, paraleloqram. Bu fiqurlardan biri olan düzbucaqlı haqqında bildiklərimizi  yada salaq. Düzbucaqli  — bütün bucaqları düz bucaq (90°) olan paraleloqrama deyilir. Tərəfləri а  olan düzbucaqlının perimetri 2(а+в)-yə, sahəsi isə ав -yə bərabərdir.

Xassələri

  • Düzbucaqlınin qarşı tərəfləri bərabərdir.
  • Düzbucaqlının diaqonalının kvadratı onun iki bitişik tərəfinin kvadratları cəminə bərabərdir (Pifaqor teoreminə görə)
  • İxtiyari düzbucaqlının xaricinə çevrə çəkmək olar və bu çevrənin diametri düzbucaqlının diaqonalına bərabərdir.